Özündə 600-dən çox bakteriya daşıyan həşərat - FOTO
28.11.2017 884 0.0 0

Alimlərin milçəklərin DNT-si üzərində apardığı araşdırmalar zamanı bəlli olub ki, milçəklər ümumilikdə 600-dən çox müxtəlif bakteriya və mikrob daşıyıcılarıdır.

Qazeta.info Publika.az -a istinadla xəbər verir ki, bu bakteriyaların bir qismi qan zəhərlənməsi, sətəlcəm və mədə-bağırsaq xəstəliklərinə yol aça bilir.

 

Tədqiqatın aparıcısı Penn Dövlət Universitetindən olan professor Donald Bryantdır. Onun sözlərinə görə, insanlar milçəklərin mikrob daşıyıcıları olduğunu əlbəttə ki bilirdi, lakin, bu qədər ciddi xəstəliklərə yol aça biləcəyini düşünmürdülər.

 

DNT indeksləşdirmə texnikaları milçəklərin bədənlərinin daxilində və xaricində olan mikrobları üzə çıxardı. Nəticədə qara milçəklərdə 351, daha iri və çöl milçəklərində isə 316 növ müxtəlif xəstəlik törədici bakteriyaların olduğu aşkarlandı. Bu bakteriyaların bir qismi eyni zamanda ağcaqanadlarda da mövcuddur.

 

Araşdırma "Reports" jurnalında nəşr olunub və sürətlə yayılıb. Məsələ dövlət səhiyyə müəssisələrini narahat edib. Professor səhiyyə təşkilatlarını bu məsələ ilə yaxından tanış olmağa çağırıb. Onun sözlərinə görə, bu xəstəliklər epidemiyaya çevrilə bilər.

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar