Özlərini «Bu ilin avtoşları» elan etdilər - VİDEO
28.11.2015 706 0.0 0

Ksenon işıqlar, kəsilən arxa yaylar, işləməyən faralar və saxta nömrələr...

Sosial şəbəkələrdə “Bu ilin avtoşları” başlığı altında sadalanan qayda pozuntularını əks etdirən görüntülər yayılıb. 

Kadrlarda görünür ki, Rusiya istehsalı olan "VAZ-2107", "Niva", "Lada Priora" kimi avtomobillərlə sözün əsil mənasında oyun çıxarırlar.

Özlərini bu ilin "avtoş"ları adlandıran şəxslərin arasında "Zil" və "Zapı" sürənlər də var. Videoda lentə alınan avtomobillərin əksəriyyətinin qabaq faralarının biri çıxarılıb, arxa yayları kəsilib və ya ksenon işıqlar quraşdırılıb. Bəzi avtomobillərin üzərində isə saxta nömrələr var. Qabaq faralarının biri çıxarılan avtomobillərə isə “çəpgöz maşınlar” adı verilib. 

Bu cür avtomobil və sürət həvəskarlarının diqqətinə çatdıraq ki, bunların hamısı qanunla qadağandır və cəriməsi var. Belə ki, sürücülər tərəfindən nəqliyyat vasitələrinin texniki vəziyyətinə dair tələblərin pozulmasına görə 150 manat, ksenon işıqlardan istifadəyə görə isə 30 manat cərimə tətbiq edilir.  /atv.az/

 

 

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar