Özbəkistanın yeni prezidenti məlum olub
05.12.2016 776 0.0 0

Özbəkistan Mərkəzi Seçki Komissiyası ötən gün keçirilmiş prezident seçkilərinin nəticəsini açıqlayıb.

 

RİA "Novosti" agentliyinə istinadən verilən məlumata görə, yeni prezidenti baş nazir Şövkət Mirziyoyev olub. O, 88,61 faiz səs toplayıb.
 
Seçkilərdə seçici fəallığı 86,62 faiz təşkil edib.
 
Qeyd edək ki, Özbəkistanın birinci prezidenti İslam Kərimov bu il sentyabrın 2-də 78 yaşında dünyasını dəyişib. Prezidentin səlahiyyətlərini baş nazir Şövkət Mirziyoyev icra edib./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar