Oyunçular oyunçusu sən kimsən? (VİDEO)
25.05.2015 677 0.0 0

Prezident bu həftəyə Riqaya getməliydi. Amma getmədi. Əvvəlcə səbəb göstərilmədi. Dövlət başçısının ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bircə onu dedi ki, Prezident Riqaya getməyəcək. Vəssəlam. Prezident Administrasiyasının xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov isə diplomatlara o qədər də xas olmayan gözlənilməz aşkarlıq nümayiş etdirdi. Dedi ki, bu addım Avropanın Azərbaycana qarşı tətbiq etdiyi ikili standartlarla bağlıdır. Doğrudan da, axı Azərbaycan Avropa İttifaqından xahiş etmişdi ki, may ayının 12-də Azərbaycanla bağlı dinləmələrə başlamasın. Amma ona qulaq asmadılar.

ANS TV bildirir ki, ardınca Qarabağ quldurlarının lideri Bako Saakyanın Fransa səfəri baş verdi ki, burda da onu nümayişkaranə şəkildə öpüb gözləri üstdə qoydular… Hətta müxtəlif rəsmi şəxslərlə görüşləri də oldu. Sanki Azərbaycanın acığına! Azərbaycan da uşaq deyil axı, o saat da Fransaya sual verdi ki, cənab, necə olur axı, Ukraynanın tərkib hissəsi olan oyuncaq “Donetsk Respublikası”nın rəhbərliyini separatçı hesab etdiyinizə görə tam heyətdə sanksiya tətbiq edirsiniz, amma Qarabağın eyni statuslu qulduruna qucaq açırsınız?! Belə çıxır ki, biri yaxşı, biri pis separatistdir. Axı belə olmur…

Mayın 19-da Avrokomissar Mujnieks də maraqlı şeylər danışırdı.

“Ya Avropa Şurasında işi gücü yalnız narkomanlar, separatçılar intiharçı və inqilabçılarla əməkdaşlıq etməkdən ibarət olan idiotlar oturub, ya da Azərbaycanda hüquqi sistemlə bağlı vəziyyət çox pisdir. Mən sizi əmin etmək istəyirəm ki, biz idiot deyilik”. Əlbəttə Mujniekslə mübahisə etmək olar. Yəni deyə bilərik ki, bizdə də onların idiot olmadığına qətiyyən əminlik yoxdur. Çünki Mujnieks hər şeyi öz adı ilə deyir. Buyurur, 3 nəfəri, özü də konkret olaraq hansı 3 nəfəri buraxmaq lazımdır. Və sonra da deyir: “Avropa Şurasının elə ölkəsi yoxdur ki, orda mənim bütün dostlarım həbsxanada olsun… “Bərəkallah! Ancaq idiot aça bilərdi özünün bütün agenturasını. Mujnieks də açdı. Bütün bunlar mənə bir az şübhəli görünür… Məsələn, Nelson Mandelaya azadlığı bütün dünya tələb edirdi. Bizdə həbsxanada oturanların az qala hərəsinin öz kuratoru var. Hamısı da deyir ki, kimi istərsən saxla, mən ölüm mənimkiləri aç burax! Çünki onlar olmasa mən Sizin ölkədə kəşfiyyat və pozuculuq fəaliyyəti göstərə bilmirəm. 

Yanğın vaxtının müəmmaları da oldu. Belə təsadüflər olmur. Hadisə günü, günorta saatlarında, hələ telekanallarımz keyfdə-damaqda olan vaxtda Avropa Şurasının baş katibi artıq facəiədən, insanların kütləvi şəkildə ölümündən danışır, başsağlığı verirdi. Baxmayaraq ki, prezildentin və xalqımızın ünvanına başsağlıqları bir gün sonra daxil olmağa başlamışdı.

Ümumiyyətlə, informasiya işi bizi öyrədib ki, xüsusi hallarda bəzi nüanslara - məsələn, hardasa bədbəxt hadisə baş verəndə ilk növbədə başsağlığını birinci olaraq kimin verdiyinə mütləq fikir verək. 

Beləliklə, mənim fikrimcə maraqlı olan hadisələri sizə yenidən sadalayıram və sizdən də xahiş edəcəm ki, onları bir-birinin ardınca sıralayasınız. Məncə maraqlı mənzərə alınacaq.

Beləliklə, başlayaq: Birinci fakt. Azərbaycan xahiş etmişdi ki, may ayının 12-də Azərabaycanla bağlı Avropa Parlamentində dinləmələrə başanmasın, ona qulaq asmadılar, başladılar.

İkinci fakt: Qarabağ separatçılarının lideri Bako Saaakyan Fransaya səfər etdi. Qolboyunluqla.

Üçüncü fakt. Avropa Şurasının Baş katibi Turbern Yaqdand “qarğa məndə qoz vari” olaraq öz “Twitter” səhifəsində dəhşətli yanğın haqqında yazır.

Və bütün bunların ardınca İlham Əliyev qərar verdi: Mən Riqaya getmirəm.

Ehtiyatlı tədbirdir yoxsa ehtiyat tədbiridir, bilmirik. Amma ortada iki çağırış var. Birini Azərbaycan edir. O bütün Avropanı Bakıya Oyunlara çağırır. İkinci çağırışın müəllifi də Avropadır. O da Azərbaycanı çağırır. Onun da öz oyunu var. Azərbaycan isə artıq peşakar oyunçudur. Öz meydançasını da, özgə meydançasını da harda, necə oynamağın lazım olduğunu da yaxşı bilir./anspress/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar