Ötən il Azərbaycanın idxal etdiyi taxılın həcmi açıqlanıb
17.02.2018 835 0.0 0

Ötən il Azərbaycan taxıl idxalına 227 mln. ABŞ dolları vəsait xərcləyib.

 

Bildirək ki, bunu kənd təsərrüfatı naziri Heydər Əsədov Kənd Təsərrüfatı Nazirliyinin kollegiya iclasında bildirib.

 

Onun sözlərinə görə, taxılçılıqda nəzərəçarpan nəticələr əldə edilib: "Ötən il Azərbaycan 1,2 mln. ton taxıl idxal edib, halbuki 2016-cı ildə idxalın həcmi 1,6 mln. ton olub. İdxal olunan taxıl 1-ci, 3-cü sinif taxıldır".

H.Əsədov xaricdən müvafiq kombaynların alınacağını və bununla bağlı artıq müqavilələrin olduğunu da qeyd edib: "Kombaynların gətirilməsinə bu ilin aprel ayından başlanılacaq. Bu il, ümumilikdə, 190 ədəd kombaynın alınması nəzərdə tutulur"./Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar