Orxan Fikrətoğluna ağır itki
16.11.2016 708 0.0 0

Şair Fikrət Sadıq vəfat edib.

 

Azərbaycan Yazıçılar Birliyinin mətbuat katibi Xəyal Rza bildirib ki, F. Sadıq bu gün səhər saatlarında evində 86 yaşında dünyasını dəyişib.

 

Dəfn və vida mərasimlərinin yeri dəqiqləşdirilir.

 

Sadıqov Fikrət Abbas oğlu (Fikrət Sadıq) 1930-cu il mayın 30-da Şamaxı şəhərində anadan olub.

 

1963-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycanın Əməkdar mədəniyyət işçisi (1986), Azərbaycan Dövlət mükafatı laureatı (1990), Prezidentin fəxri təqaüdçüsü idi./apa/

 

Bildirək ki, Şair Fikrət Sadıq tanınmış teleaparıcı, yazıçı-publisist, ssenarist Orxan Fikrətoğlunun atasıdır.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar