Orta məktəb şagirdi ürəyindən vuruldu
22.02.2016 806 0.0 0


Şəmkir rayonunda bıçaqlanma hadisəsi baş verib. Orta məktəb şagirdi bıçaqlanıb. Çaykənd kənd sakininin verdiyi məlumata görə, kənd sakini 2000-ci il təvəllüdlü Vüsal Aqil oğlu Əhmədov dərsdən çıxıb evə gedərkən aralarında yaranan mübahisə zəminində həmkəndlisi Xəlil Qaçay oğlu Süleymanov tərəfindən bıçaqlanıb.

Sol döş qəfəsindən kəsilmiş-deşilmiş yara alan 16 yaşlı məktəbli dərhal Şəmkir Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Hazırda onun üzərində cərrahiyyə əməliyyatı aparılır.

Kənd sakini onu da əlavə etdi ki, hadisəni törədən şəxsin kim olduğu məlumdur, amma hələlik saxlanılmayıb. Ancaq yaxın saatlarda dindirilmə üçün polis şöbəsinə aparılacaq.

Faktla bağlı Şəmkir rayon Polis İdarəsində araşdırma aparılır. Hələlik hadisənin dəqiq səbəbləri bilinmir.

Orta məktəb şagirdinin bıçaqlanması ilə bağlı qeydə alınan sonuncu fakt yanvar ayının 19-da Bakıda baş verib. 286 saylı orta məktəbin qarşısında həmin məktəbin 9-cu sinif şagirdi, 2001-ci il təvəllüdlü Arif Qəhrəmanov məktəb yoldaşı, 1999-cu il təvəllüdlü Xəqani Ramazanovu bıçaqlayıb.

Nəticədə X. Ramazanov xəstəxanaya yerləşdirilib./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar