Orskda 31 yaşlı azərbaycanlı iş adamı qətlə yetirilib
28.04.2017 971 0.0 0

Rusiyanın Orsk şəhərində 31 yaşlı azərbaycanlı iş adamı qətlə yetirilib.

"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, Orsk müstəntiqləri qətl ilə bağlı cinayət işi başladıb.

Cinayət aprelin 26-da gecə saatlarında törədilib. Çerniqovskaya küçəsində yerləşən binanın həyətində başından və bədənindən güllə yarası almış kişi meyiti tapılıb. Müstəntiqlər mümkün qatili müəyyənləşdirib, o indi axtarışdadır.

Cinayəti törətməkdə 32 yaşlı azərbaycanlı Xancanov Balaş Allahşükür oğlu şübhəli bilinir.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar