Opera və Balet Teatrında `Şəhrizad` baleti nümayiş olunacaq
03.10.2019 644 0.0 0

Oktyabrın 12-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında görkəmli rus bəstəkarı Nikolay Rimski-Korsakovun musiqisi əsasında səhnələşdirilmiş “Şəhrizad” baleti nümayiş ediləcək.

Qazeta.info Mədəniyyət Nazirliyinin məlumatına istinadla bildirir ki, müəllifi məşhur xoreoqraf Mixail Fokin olan səhnə əsərində əsas partiya - Zübeydə rolunu ilk dəfə balet truppasının aparıcı solisti, Əməkdar artist Cəmilə Kərimova ifa edəcək. Səhnə əsərində, həmçinin Əməkdar artist Makar Ferştandt, solistlər Timur Oduşev, Dilarə Mehdiyeva, Dinara Şirinova və başqaları çıxış edəcəklər.

Səhnə əsəri bəstəkarın 1888-ci ildə yazdığı eyniadlı simfonik süitası əsasında tamaşaya qoyulub.

Balet Xalq artisti, professor Yalçın Adıgözəlov tərəfindən idarə olunacaq.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar