OPEC və ABŞ-ın statistikası nefti bahalaşdırır
19.01.2017 695 0.0 0

Dünya birjalarında neft bahalaşmaqdadır.

Məlumata görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,41 dollar və ya 0,80% artaraq 51,49 dollar təşkil edib.

 

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,45 dollar və ya 0,83% artaraq 54,37 dollar olub.

 

Neftin bahalaşmasının səbəblərinə gəlincə, ABŞ-ın Neft İnstitutunun proqnozlarına əsasən həftə ərzində ölkənin kommersiya neft ehtiyatları 5,04 mln. barel azalıb. Rəsmi statistika bu gün açıqlanacaq.

 

Bununla yanaşı, OPEC-in ötən gün açıqladığı statistikaya əsasən, kartel ölkələri və 11 digər neft istehsalçısı sutkalıq hasilatı azaltmaq üçün səylərini əsirgəmir./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar