OPEC ölkələrinin hasilatın dondurması qərarı nefti ucuzlaşdırıb
31.10.2016 534 0.0 0

Dünya bazarında neft yenidən ucuzlaşıb.

 

Qazeta.info APA-ya istinadla xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,19 dollar azalaraq 48,51 dollar təşkil edib.
 

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,26 dollar azalaraq 49,45 dollar olub.

 

Neftin ucuzlaşmasına OPEC ölkələrinin neftin hasilatının dondurulması barədə konkret qərara gələ bilməməsi səbəb olub.
 

Qeyd edək ki, OPEC-in xüsusi komitəsinin Vyanada keçirilən iclasında kartelə üzv ölkələrin energetika nazirlərinin noyabrın 30-da keçiriləcək rəsmi görüşündə oxşar müzakirələrin aparılması qərara alınıb. Bu vaxta qədər hasilatın müəyyən səviyyədə dondurulması və istehsalın azalması ilə bağlı göstəricilərin dəqiqləşəcəyi gözlənilir. 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar