OPEC: Neft bazarında balans gələn il bərpa olunacaq
13.12.2017 796 0.0 0

Neft İxrac Edən Ölkələr Birliyi (OPEC) 2018-ci ildə “qara qızıl” bazarında tələb və təklif arasında balans yaranacağını gözləyir.

Rusiya mətbuatına istinadən xəbər verilir ki, bu barədə Təşkilatın bəyanatında bildirilir.

Sənəddə deyilir ki, balansın bərpa olunması OPEC-ə daxil olan və olmayan ölkələrin neft hasilatının azaldılması istiqamətində gördüyü tədbirlər nəticəsində mümkün olacaq.

Qeyd edək ki, OPEC üzvlərinin 2018-ci ildə gündəlik neft hasilatının 33,2 mln. barrel təşkil edəcəyi proqnozlaşdırılır. /Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar