OPEC-in Vyana görüşü başa çatıb
28.10.2016 527 0.0 0

OPEC-ə üzv ölkələrin Vyanada keçirilən texniki görüşü başa çatıb.

 

TASS agentliyinə istinadən verilən xəbərə görə, danışıqlar sabah davam etdiriləcək.

 

Bu barədə jurnalistlərə iclası tərk edən görüş iştirakçıları deyib.

 

Qeyd edək ki, oktyabrın 29-da həmçinin kartelə üzv olmayan, lakin hasilatın məhdudlaşdırılması ilə bağlı danışıqlara qatılan ölkələrin iştirakı ilə məsləhətləşmələr aparılacaq. 

 

Xatırladaq ki, danışıqların uzanmasına səbəb İran və İraq nümayəndələrinin etirazları göstərilir. İlkin məlumata görə, onlar hesab edirlər ki, OPEC adıçəkilən ölkələrin hasilatını düzgün qiymətləndirmir.

 

Vyanada yerli vaxtla saat 10:00-a başlayan OPEC-in xüsusi komitəsinin görüşü mətbuata qapalı keçirilir. /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar