Ombudsman hesabat verdi
06.03.2015 654 0.0 0

Bu gün Milli Məclisin plenar iclasında Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova 2014-cü il üzrə hesabatla çıxış edib. 

Məlumata görə Elmira Süleymanova bildirib ki, fəaliyyəti dövründə onun ünvanına ümumilikdə 114 min 690, 2014-cü ildə isə 13 min 150 müraciət daxil olub. Həmin müraciətlərin 74.2 faizi şikayətlərdən, 25.8 faizi isə ərizələrdən ibarət olub.

Ombudsman deyib ki, 2014-cü ildə aparatda və regional mərkəzlərdə ümumilikdən 2468 şəxs ilkin olaraq qəbul edilib. 388 şəxs isə əvvəllər təqdim etdikləri müraciətlərlə bağlı aparatda qəbul olunub, onlara müvafiq məsləhət və izahat verilib.

O bildirib ki, cəzaçəkmə müəssisələrində, həbsxanalarda, istintaq təcridxanalarında, müvəqqəti saxlama yerlərində, hərbi hissələrdə, uşaq, ahıl və əlil evlərində, internatlarda baxışlar zamanı 3547 şəxs qəbul edilib. Ombudsmanın sözlərinə görə şikayətlərin Müvəkkilin səlahiyyətlərinə aid olmaması halları nəzərə alınaraq onların 51 faizinə baxılmaqdan imtina edilib.

“Yerdə qalan şikayətlərin 49 faizi baxılmaq üçün icraata qəbul edilib, bunların 56.8 faizi təmin olunub. Bundan başqa Ermənistan tərəfindən atəşkəsin müntəzən şəkildə pozulması nəticəsində yaralanaraq əsir düşmüş və ya girov götürülmüş vətəndaşlarımızın, o cümlədən, əsgərlərin azad olunması və onların qaytarılması ilə bağlı dəfələrlə Beynəlxalq Qızıl Xaç Komitəsinə edilib. Müvəkkilin vəsatəti ilə fəaliyyəti dövründə 455 məhkum əfv edilib və ya barəsində amnistiya aktı tərtib edilərək azadlığa buraxılıb”,-deyə Elmira Süleymanova hesabatında bildirib./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar