Ölümcül xəstəliklərin dərmanı tapıldı
20.06.2015 746 0.0 0

Bəşərin yeni bəlası hesab edilən və son günlər adı tez-tez hallanan MERS virusunun çarəsinin tapıldığı iddia edilir. 

Məlumata görə, Afrikada minlərlə insanın həyatına son qoyan Ebola virusundan sonra, indi isə Uzaq Şərqdə yayılan Yaxın Şərq Respirator Sindrom (MERS) virusunun vaksini axtarılmağa başlanılıb. 

Yaranan böhran səbəbilə Cənubi Koreyalı səhiyyə nümayəndələri çıxış yolları axtararkən, QİÇS (AIDS), Ebola və SARS (MERS) viruslarını təsirsiz hala gətirən dərman (vaksin) icad etdiklərini bildiriblər. 

Hər hansı bir müalicəsi olmayan bu ölümcül xəstəliklərin qarşısını alan və təsirsiz hala salan dərmana “Kumdang-2” adı verilib. 

“Möcüzəvi” dərmanın hazırlanmasında uzun müddətdən bəri Koreya yarımadasında olan jenşen bitkisindən və torpaqdan götürülmüş bəzi mineralların istifadə edildiyi deyilir. 

Xatırladaq ki, ötən gün Cənubi Koreyada MERS virusundan ölənlərin sayı 24 idi./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar