Ölkənin prezidenti və nazirlər həbs edilib
17.09.2015 673 0.0 0

Burkina-Fasoda prezident mühafizəçiləri nazirlər kabinetinin iclasını dayandıraraq ölkə prezidenti səlahiyyətlərini icra edən Mişel Kafondo və hökumət üzvlərini həbs ediblər.
 
TASS agentliyinə istinadən verilən məlumata görə, hadisə ilə bağlı hələ ki, heç bir tələb irəli sürülməyib.

 
Hadisənin səbəbləri barədə məlumat verilmir.
 
Qeyd edək ki, 2014-cü ilin oktyabrında Burkina-Fasonun prezidenti Blez Kompaore kütləvi etirazlara görə istefa verərək ölkəni tərk edib. 
 
Ötən ilin noyabrında Burkina-Fasoda siyasi partiya və vətəndaş birliklərinin liderləri ölkədə prezident və parlament seçkilərinin 2015-ci ilin noyabrında keçirilməsinə dair razılığa gəlmişdilər. Xatırladaq ki, Burkina-Fasoda nümayişlər 1987-ci ildə hərbi çevriliş nəticəsində hakimiyyətə gələn Blez Kompaorenin prezidentlik müddətinin uzadılmasına etiraz olaraq başlamışdı./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar