Ölkə əhalisi daha çox hansı nəqliyyat vasitəsindən istifadə edir?
21.11.2017 843 0.0 0

Azərbaycanda nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələr və fiziki şəxslər tərəfindən 2017-ci ilin yanvar-oktyabr aylarında 185,9 milyon ton yük və 1 milyard 612,7 milyon sərnişin daşınıb.

Məlumata görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə yük daşınması 1,7 faiz, sərnişin daşınması isə 2,2 faiz artıb. Yüklərin 63,9 faizi avtomobil, 26,1 faizi boru kəməri, 6,3 faizi dəmir yolu, 3,6 faizi dəniz, 0,1 faizi isə hava nəqliyyatı ilə daşınıb. Sərnişinlərin 88,1 faizi avtomobil, 11,6 faizi metro, qalanları isə hava və dəniz nəqliyyatı vasitələri ilə daşınıb.

Nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə 118,9 milyon ton yük, 1 milyard 421,3 milyon sərnişin daşınıb və əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 2,2 faiz və 1,7 faiz artım qeydə alınıb. Sərnişinlərin 96,0 faizi avtobus, 4,0 faizi isə minik taksilərinin xidmətindən istifadə edib. Yük dövriyyəsi 2,2 faiz, sərnişin dövriyyəsi isə 1,8 faiz artıb.

Metro nəqliyyatının xidmətlərindən istifadə etmiş sərnişinlərin sayı 5,5 faiz artaraq 187,3 milyon nəfər olub.

Hava nəqliyyatı ilə 2 milyon 020,3 min və ya 18,2 faiz çox sərnişin daşınıb, daşımaların 99,9 faizi dövlət, 0,1 faizi isə özəl müəssisələrə məxsus nəqliyyat vasitələri ilə həyata keçirilib. Bu nəqliyyat növü ilə yükdaşıma 7,6 faiz artaraq 136,7 min tona çatıb.

Qeyd edək ki, Azərbaycanda nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələr və fiziki şəxslər tərəfindən 2017-ci ilin yanvar-sentyabr aylarında isə 167,5 milyon ton yük və 1 milyard 437,5 milyon sərnişin daşınıb. Həmin dövr kəsiyində metro nəqliyyatının xidmətlərindən istifadə etmiş sərnişinlərin sayı 5,7 faiz artaraq 166,7 milyon nəfər olub./Trend/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar