Ölkədə 4 bank bağlana bilər
11.03.2015 741 0.0 0

Azərbaycanda 4 bankın məcmu kapitalı 50 milyon manatdan aşağıdır. 

Mərkəzi Banka istinadla verdiyi məlumata görə, bu barədə AMB-nin 2015-ci ilin yanvar ayı hesabatında qeyd edilib.

Hesabatda müəyyən olunmuş limitdən (50 mln. AZN) yuxarı olan bankların sayı da əks olunub. Belə ki, məcmu kapitalı 50 milyon manatdan 60 milyon manatadək olan bankların sayı 23-dür. 

9 bankın isə məcmu kapitalı 60 milyon manatdan 100 milyon manatadəkdir. Bununla yanaşı, 9 bankın məcmu kapitalı isə 100 milyon manatdan yuxarıdır. Bu bankların məcmu kapitalının ümumi bank kapitalında xüsusi çəkisi isə 57,3% təşkil edir.

Qeyd edək ki, Mərkəzi Bank ölkədə fəaliyyət göstərən banklara 2014-cü ilin sonuna kimi nizamnamə kapitalını 50 milyon manata qaldırmaq tələbini bildirib. Yəni, nizamnamə kapitalı 50 milyon manatdan aşağı olan bankların fəaliyyətləri dayandırıla bilər./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar