Oleq Kuznetsov : Ermənistan Rusiya və Azərbaycanın ortaq düşmənidir
24.05.2017 1000 0.0 0

Rusiyalı siyasi analitik, tarix elmləri doktoru Oleq Kuznetsov Respublika Bilik Fondunun təşkilatçılığı ilə Mingəçevir şəhər ictimaiyyətilə görüşüb.
Məlumata görə, görüşdə əsas məqsəd Xocalı soyqırımının tanıdılması istiqamətində Heydər Əliyev Fondunun təşəbbüslərinə dəstək verməkdir.
O.Kuznetsov “Report”un yerli bürosuna bildirib ki, petisiya məsələlərini həll edərək Rusiya Dövlət Dumasının müzakirələrinə təqdim etmək niyyətindədir: “Ermənistan Rusiya və Azərbaycanın ortaq düşmənidir. Rusiyanın bir çox çevrələri bunu nə qədər tez anlasa həm Rusiya, həm Azərbaycan, həm də bütövlükdə region daha rahat nəfəs alacaq. Təəssüf ki, erməni fitnəkarlığı hələ də Rusiyada dəstək qazanır. Bu gün Rusiya Federasiyasında ermənilərin kompakt yaşadıqları ərazilərdə yol nişanları ermənicə təqdim olunur. Elə biznes mühiti də onun kimi. Biz - Azərbaycan və Rusiya sevərlər bu haqsızlığa son qoyub, ədaləti bərpa etməliyik” – deyə O.Kuznetsov bildirib./Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar