Ohanyan Naxçıvanla sərhəddə
29.06.2015 698 0.0 0

Ermənistanın müdafiə naziri Seyran Ohanyan Naxçıvanala sərhəddə gedib. Erməni mətbuatına istinadla verilən məlumata görə, o Ermənistan- Azərbaycan sərhədində olub. 

Erməni KİV-in iddiasına görə, bir necə gün öncə adıçəkilən ərazidə atəşkəsin pozulması nəticəsində erməni əsgər ölüb. 

Ohanyan Qorayk kəndindəki səngərdə olub, hərbi xidmət növbətçilərinin fəaliyyəti ilə tanış olub. O, şəxsi heyətlə də görüşərək danışıb. 

Qarşı tərəfin iddiasına görə, Ermənistan Silahlı Qüvvələrinin muzdlu əsgəri Arman Yepremyan bu axşam Cermuk rayonunun Azərbaycan sərhədinə yaxın Qorayk kəndi ərazisində öldürülüb. 

Göründüyü kimi, Ermənistan Müdafiə Nazirliyi indiyə kimi qaynar xəbərlərin gəlmədiyi bir nöqtədə baş vermiş ölümü İrəvanda elektrik tariflərinin bahalaşması ilə bağlı gedən etiraz aksiyalarının fonunda daxili siyasətdə istifadə etməyə çalışır. Qorayk kəndinin coğrafi baxımdan İrəvana yaxın olması da burada rol oynayır. 

Ermənistan rəhbərliyi yalan xəbəri şişirtməklə erməni ictimaiyyətinin diqqətini Azərbaycanın Naxçıvan Muxtar Respulikasında yerləşən silahlı birləşmələrinin doğurduğu qorxuya yönəldir. Bununla da, elektrik enerjisinin bir kilovattsaatının region üzrə ən yüksək olan 12 sentə qaldırımasına etiraz edən əhalinin başını qatmaq istəyir. Müqayisə üçün, bu, Azərbaycandakı qiymətdən (6 sent) iki dəfə çoxdur. Gürcüstanda isə 8 sentin ətrafında dəyişir. 

Azərbaycanın Müdafiə Nazirliyi də eyni düşüncədədir. Nazirliyin məlumatına görə, Ermənistanın elektron kütləvi informasiya vasitələrinin iyunun 26-da atəşkəs rejiminin pozulması nəticəsində guya bir erməni hərbi qulluqçunun ölməsi və Azərbaycan tərəfinin də itkilər verməsi barədə yaydığı məlumat dezinformasiya xarakteri daşıyır.

"Erməni silahlı qruplaşmaları arasındakı ziddiyyətlər və daxili çəkişmə nəticəsində ermənilərin bir-birini gülləbaran etməsindən sonra düşmən hər dəfə günahı Azərbaycan tərəfinin üzərinə atmaqla ictimaiyyətinin diqqətini ordusunda baş verən neqativ hallardan yayındırmağa çalışır"./anspress/

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar