Oğul anasını döyərək öldürüb
03.01.2017 1286 0.0 0

Gədəbəy rayonunda oğul anasını döyərək qətlə yetirib.


DİN-in saytına istinadən verilən məlumata görə, yanvarın 2-də Gədəbəy rayonunun Ərtəpə kəndində yaşayan Yaqub Məmmədov evində münaqişə zəminində anası Nərgizi döyüb. Qadın aldığı xəsarətdən hadisə yerində ölüb.
 

Gədəbəy RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Y.Məmmədov tutulub. /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar