Oğlunun həbs xəbəri yayılan azərbaycanlı deputat danışdı
28.05.2015 672 0.0 0

"Oğlumun hüquq-mühafizə orqanları tərəfindən saxlanılması barədə yayılan məlumatlar həqiqəti əks etdirmir. Yayılan məlumatların hamısı yalandır. Oğlumun heç kimə borcu yoxdur". Bu barədə Milli Məclisin deputatı Fərhad Qəribov  oğlu Elnur Qəribovun hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılması barədə yayılan fikirlərə münasibətində deyib.

Onun sözlərinə görə, oğlu Elnur Qəribov 8 il bundan əvvəl Cahangir Hacıyevlə şərik iş qurubmuş. Deputat bildirib ki, sonradan onların işi alınmayıb.

"O zaman, Cahangir Hacıyev oğlumu aldatdı və onların işi alınmadı. Onun barəsində cinayət işi başlanıb. İstintaq zamanı onunla birgə işləyən və vaxtilə şərik olan şəxsləri də çağırıb sorğu-sual edirlər. Bu məqsədlə Elnur Qəribovdan da bu şəriklik barədə soruşublar. Lakin bu o demək deyil ki, oğlum barədə istintaq başlanıb, yaxud onu saxlayıblar. Hazırda hər iki oğum şəhərdədir. İnanmayan gəlib onları görə bilər", - deyə Fərhad Qəribov bildirib.

Qeyd edək ki, kütləvi informasiya asitələrində millət vəkili Fərhad Qəribovun oğlu Elnurun həbs xəbəri yayılmışdı. Bildirilirdi ki, Elniz Qəribov Beynəlxalq Banka kredit borcu olduğu üçün saxlanılıb./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar