Öcalan partiyasından imtina etdi
23.08.2015 670 0.0 0

PKK lideri Abdullah Öcalan kürd məsələsinin həlli layihəsini uğurla davam etdirməyi bacarmayan Xalqların Demokratik Partiyasının (HDP) liderləri ilə görüşdən imtina edib.

Məlumata görə, o, HDP təmsilçilərinə ismarış göndərərək, kefini soruşmaq üçün saxlandığı İmralı adasına yanına gəlməyə heç bir ehtiyacın olmadığını bildirib. 

Türkiyə mətbuatı yazır ki, PKK lideri bununla da son günlərdə terror hücumlarının fəallaşdırmasının əsas günahını HDP-də gördüyünü bəyan edib. Fəallaşan terror Türkiyə hakimiyyəti ilə seperatçı terror təşkilatı PKK arasında barışıq danışıqlarını sona gətirib. 

 


Abdullah Öcalan (solda), HDP həmsədrləri Səlahəddin Dəmirtaş (ortada) və Figen Yüksəkdağ (sağda) 

 

Abdulla Öcalan 4 aprel 1949-cu ildə Şanlıurfa ilinin Halfeti ilçəsinin Ömərli kəndində anadan olub. Diyarbəkir və Ankara universitetlərində ali idarəçilik təhsili alıb. O, 1970-ci ildə İstanbulda DDKO (Devrimci Doğu Kültür Ocakları) adlı marksist-leninçi təşkilatda siyasi fəaliyyətə başlayıb. 1972-ci ll tutulub və 7 ay həbsdə qalıb. 

1978-ci ildə 19 nəfər ilə birlikdə Kürdüstan Fəhlə Partiyasını (PKK) yaradıb. Ölkədən xaricə qaçan Öcalanın rəhbərlik etdiyi təşkilat Türkiyəyə qarşı terror hücumlarına başlayıb. 1999-cu ildə Türkiyə təhlükəsizlik gücləri tərəfindən tutulan Öcalan Türkiyəyə gətirilib. 

Hazırda İmralı adasında həbsdə olan Öcalan terror fəaliyyətindən əl götürməyi və Ankara ilə danışıqlar aparmağı dəstəkləyir./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar