Obamadan Ərdoğana zərbə
30.11.2015 2009 0.0 0

ABŞ prezidenti Barak Obama Parisdə Rusiya lideri ilə Vladimir Putinlə görüşü zamanı Suriyada vurulan “Su-24” tipli təyyarəyə görə təəssüfləndiyini bildirib.

Qazeta.info bildirir ki, bu barədə AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir. 

“Obama Türkiyə Hərbi Hava Qüvvələri (HHQ) tərəfindən Suriyada vurulan rus təyyarəsi ilə bağlı insidentə görə təəssüfləndiyini bildirib”, - deyə Rusiya prezidentinin mətbuat katibi Dmitriy Peskov bildirib. 

Qeyd edək ki, prezidentlərin qapalı görüşü Parisdə BMT-nin iqlim dəyişikliyi üzrə sammit çərçivəsində baş tutub. 

Xatırladaq ki, Rusiyaya məxsus qırıcı təyyarə noyabrın 24-ü Türkiyənin Suriya ilə sərhədindəki Hatay vilayətində vurulub. Hərbi təyyarə Türkmən dağı ərazisindəki Qızıldağ istiqamətində yerə düşüb. Pilotlar katapulta etsələr də, onlardan biri ölüb. Digər pilotlar isə xüsusi təyinatlıların keçirdiyi 12 saatlıq əməliyyat nəticəsində xilas edilib.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar