Obamadan İrana videomüraciət
22.03.2015 623 0.0 0

Amerika Birləşmiş Ştatları prezidenti Barak Obama İranı nüvə proqramı danışıqlarında razılığa gəlməyə çağırıb. 

Məlumata görə, Obama İran xalqına videomüraicəti zamanı qeyd edib ki, hazırkı görüşlər razılığa gəlmək üçün tarixi imkandır.

“Bu zaman tezliklə bir daha təkrarlanmaya bilər. İnanıram ki, xalqlarımız məsələnin sülh yolu ilə həllinə varmaq üçün tarixi imkan əldə ediblər. Biz bu imkanı əldən verməməliyik”- deyə Barak Obama bildirib.

İsveçrənin Lozanna şəhərində baş tutan sonuncu görüşlərdə tərəflərin qarşılıqlı olaraq bir sıra güzəştlərə getdiyi məlum olub.

İlkin razılığa əsasən, İran nüvə sentrifuqalarının 40 faizini dayandırmağa qərar verib. Lakin Amerika hökumətinin İrandakı bütün nüvə mərkəzlərinə giriş icazəsi əldə etmək tələbləri rəsmi Tehran tərəfindən rədd edilir.

Yekun razılaşma olacağı təqdirdə İrana qarşı tədbir olunan bir sıra sanksiyalar da aradan qaldırılacaq./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar