Obama və Tramp arasında növbəti görüş keçirilib
23.11.2016 822 0.0 0

ABŞ-ın hazırkı və yeni seçilmiş prezidentləri Barak Obama və Donald Tramp arasında noyabrın 10-da Ağ Evdə keçirilən danışıqlardan sonra daha bir görüşün keçirildiyi məlum olub.   

 

“RİA Novosti”yə istinadən verilən xəbərə görə, bu barədə Ağ Evin mətbuat katibi Coş Ernest bildirib.   

 

“Prezident Oval kabinetdəki məlum görüşdən sonra Donald Trampla azı bir dəfə danışıqlar aparıb”, - deyə Ernest Vaşinqtonda brifinq zamanı bildirib.    

 

Ağ Ev nümayəndəsi görüşün təfərrüatlarını açıqlamaqdan imtina edib./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar