Obama səhvə yol verdi (VİDEO)
26.03.2015 753 0.0 0

Ağ Evdə keçirilən ortaq mətbuat konfransında Amerika Birləşmiş Ştatları (ABŞ) prezidenti səhvə yol verib. 

Məlumata görə, ABŞ prezidenti Barak Obama Əfqanıstan prezidenti Əşrəf Qani ilə Ağ Evdə baş tutan mətbuat konfransında çıxışı zamanı keçmiş əfqan lideri ilə indikinin adlarını qarışdırıb. 

Ağ Ev rəhbəri səhvə yol verməsi nəticəsində tənqid etmək istədiyi şəxsi tərif edib. Yerli televiziyalar Obamanın bu səhvə bilmədən yol verdiyini müdafiə edir. 

Jurnalist Conatan Bun da tvitter hesabında “Ay səni. Obama səhvən yanında duran Əfqanıstanın indiki prezidentini keçmiş prezident Haməd Kərzai adlandırdı, - deyə yazıb. 

ABŞ dövlət başçısının bu səhvi sosial şəbəkə istifadəçilərinin gülüş obyektinə çevrilib.
/anspress/

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar