Obama Ərdoğanla görüşdən imtina edib
28.03.2016 527 0.0 0


ABŞ prezidenti Barak Obama türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanın şəxsi görüş haqda irəli sürdüyü təklifi rədd edib. Məlumata görə, Türkiyə prezidenti martın son günlərində baş tutacaq nüvə sammitində iştirak etmək üçün Vaşinqtona gedəcək. ABŞ prezidentinin sözcüsü iki liderin gğrüşündə zərurətin olmadığını bildirib.


"Ərdoğanla görüşün baş tutmamasını hörmətsizlik kimi qəbul etmək lazım deyil, çünkü Barak Obama Türkiyədə keçirilən G20 sammitində Türkiyə prezidenti ilə görüşüb, fevral ayında isə liderlər arasında telefon danışığı baş tutub" - deyə Ağ Evdən  bildirilib.

Bununla da, Ərdoğanın Vaşinqtona səfəri çərçivəsində Barak Obama ilə görüşü baş tutmayacaq.

 

         

Barak Obama və Rəcəb Tayyib Ərdoğan G20 sammitində

2015-ci ilin noyabrın 15-də Türkiyənin Antalya şəhərində baş tutan Böyük İyirmilik sammitində Barak Obama və Rəcəb tayyib Ərdoğanın görüşündən sonra iki lider bəyanatla çıxış etmişdilər. Paris terrorundan iki gün sonra baş tutan toplantı zamanı Ərdoğan "Parisdə, Ankarada istənilən yerdə baş verən terror hadisəsi bu təhlükənin kollektiv xarakter daşıdığını və hamıya aid olduğunu sübut edir. Biz bu toplantıda terrorizmə qarşı qəti mövqeyimizi nümayiş etdirəcəyik" - deyə söyləmişdi.
Bu açıqlama Obama və Ərdoğanın terrorizmlə bağlı verdiyi birgə bəyanat kimi qiymətləndirilib.

31 mart- 1 aprel tarixlərində Vaşinqtonda baş tutacaq Nüvə sammitində nüvətəhlükəsizliyinə dair disskusiyalar davam etdiriləcək və nüvə terrorizminin qarşısının alınması üçün tədbirlər planı müzakirə olunacaq. Sammitə Azərbaycan prezidenti İlham Əliyev də dəvət olunub.

Nüvə təhlükəsizliyinə dair ilk sammit 2010-cu ildə Vaşinqtonda baş tutub, bundan sonra eyni sammitlər 2012-ci ildə Seulda (Cənubi Koreya) və 2014-cü ildə Haaqada (Niderland krallığı) keçirilib./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar