Obama Ərdoğanı türk qoşunlarını İraqdan çıxarmağa çağırıb
19.12.2015 546 0.0 0

ABŞ prezidenti Barak Obama və Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.
 
Reuters agentliyinə istinadən verilən məlumata görə, söhbət zamanı ABŞ lideri türkiyəli həmkarını İraqla münasibətlərdə gərginliyin azaldılması üçün səy göstərməyə çağırıb.
 
Obama həmçinin Türkiyəni hərbçilərini İraq ərazisindən çıxarmağa çağırıb.
 
Dövlət başçıları İŞİD-ə qarşı mübarizə və Suriyadakı vəziyyəti də müzakirə edib.
 
Xatırladaq ki, bundan əvvəl ABŞ-ın vitse-prezidenti Co Bayden Türkiyəni hərbçilərini İraq ərazisindən çıxarmağa çağırmışdı./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar