Obama Putinə düzgün qiymət verdiyini düşünür
09.01.2017 582 0.0 0

ABŞ prezidenti Barak Obama fəaliyyəti dövründə rusiyalı həmkarı Vladimir Putinə düzgün qiymət verdiyini hesab edir.

Bildirək ki, bu barədə o, ABC telekanalına müsahibəsində bildirib.

Obama aparıcının "Rusiya prezidenti Vladimir Putini düzgün qiymətləndirmisinizmi?" sualına "düşünmürəm ki, onu lazımınca qiymətləndirməmişəm", - deyə cavab verib.

"Qiymətləndirmədiyim, dezinformasiya və kiberhücumların müasir cəmiyyətə necə güclü təsirə malik olmasıdır", - deyə Barak Obama əlavə edib./Report/


Digər xəbərlər:
Şərhlər
avatar