Obama prezident postunda sonuncu çıxışını edəcək
06.12.2016 700 0.0 0

 “Dekabrın 6-da Barak Obamanın prezident postunda sonuncu çıxışı ABŞ milli təhlüksizliyinə həsr ediləcək”.

RİA "Novosti”yə istinadən xəbər verilir ki, bunu ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşavirinin müavini Ben Rods telefonla keçirdiyi brifinqdə jurnalistlərə bildirib.

“Floridada milli təhlükəsizliyiə həsr edilən məruzə onun sonuncu çıxşı olacaq” - B.Rods vurğulayıb.

Onun sözlərinə görə, Barak Obama çıxışında terrorçuluğa qarşı, xüsusilə İŞİD və “Əl-Qaidə”yə qarşı mübarizədən danışacaq.

Qeyd edək ki, gələn il yanvarın 20-də Barak Obamanın prezidentlik müddəti başa çatacaq, onu yeni seçilən Prezident Donald Tramp əvəz edəcək. /Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar