Obama Milli Təhlükəsizlik Şurasının iclasını keçirəcək
12.12.2015 494 0.0 0

Dekabrın 14-də ABŞ prezidenti Barak Obama Pentaqonda Milli Təhlükəsizlik Şurasının İŞİD-lə mübarizəyə həsr ediləcək iclasını keçirəcək və bəyanatla çıxış edəcək.
 
TASS agentliyinə istinadən verilən məlumata görə, bu barədə Ağ Evin rəsmi nümayəndəsi Coş Ernest bildirib.
 
“Prezident Obama İŞİD-in məhv edilməsinə yönələn hərbi əməliyyatlarla bağlı məlumatlandırılacaq. O,  milli təhlükəsizlik üzrə komandasına strategiyamızın müxtəlif aspektlərini qiymətləndirmək tapşırığını verib. Hazırda İŞİD-ə qarşı mübarizəyə dair strategiyamızda hər hansı yeniliyin olub-olmayacağı barədə məlumatım yoxdur”, deyə C.Ernest qeyd edib./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar