Obama: İranla hərbi dillə danışmaq olmaz
02.06.2015 664 0.0 0

İranın nüvə silahlı hazırlamasının qarşısını almağın yolu hərbi yoldan deyil, razılaşdırılmış sazişdən keçir.

Məlumata görə, bunu, ABŞ Prezidenti Barak Obama deyib.

O, İsrail televiziyasına müsahibəsində bildirib: "Ümidlər deyil, faktlar, dəlillər və təhlillər əsasında nümayiş etdirə bilərəm ki, İranın nüvə silahı əldə etməsinə mane olmağın ən yaxşı yolu yoxlanmaya tabe razılaşmanın əldə olunmasıdır. Hətta Birləşmiş Ştatların iştirakı ilə hərbi yol bunu nizama salmayacaq. Bu ölkə ilə hərbi dillə danışmaq olmaz. Bu yolla İranın nüvə proqramı müvəqqəti yavaşıyacaq, ancaq ləğv edilməyəcək”.

ABŞ prezidenti İsrailin Tehranla hər hansı sazişi dəstəkləməyəcəyi halda İranın nüvə obyektlərinə hücum edə biləcəyi barədə sualdan yayınıb. B.Obama söylətib ki, bu variantı israillilərin çoxu dəstəkləyir. İsrail xalqının narahatlığını və qorxularını anlayıram.

Ekspertlər, Ağ ev rəhbərinin bu açıqlamasını ən doğru yol kimi dəyərləndiriblər. Onların fikrincə, indiki zamanda rəsmi Tehrana güc tətbiq etməyin heç bir mənası yoxdur. Bütün məsələlərin danışıqlar yolu ilə həll olunmasının mümkünlüyü varsa, hərbi vasitələrə əl atılması bölgədə neqativ vəziyyət yaradar./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar