Obama İrana vaxt qoydu
03.03.2015 782 0.0 0

“İran 10 il müddətinə nüvə proqramını dondurmalıdır.” Məlumata görə, bu sözləri Amerika Birləşmiş Ştatları (ABŞ) prezidenti Barak Obama “Reuters” agentliyinə verdiyi müsahibədə bildirib. 

O, ancaq bu halda son razılaşmanın mümkün olacağını qeyd edib. 

ABŞ prezidenti nüvə proqramının dondurulması üçün Konqresdən İrana qarşı əlavə sanksiyaların tətbiq edilməsini dayandırmağa çağırıb. Onun fikrincə senatorların məsələyə müdaxiləsi bütün cəhdləri poza bilər. 

Bundan başqa o, mövqeyinin İsrailin baş naziri Binyamin Netanyahu ilə tam fərqli olduğunu diqqətə çatdırıb. Çünki Netanyahu rəsmi Vaşinqtonla Tehran arasında baş tuta biləcək hər hansısa bir razılığın əleyhinədir./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar