Obama Fransanın prezidenti ola bilər
24.02.2017 1034 0.0 0

ABŞ-ın keçmiş prezidenti Barak Obamanın Fransadakı tərəfdarları onun bu ölkədə keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürmək istəyirlər.

Qazeta.info Report-a istinadla xəbər verir ki, bu barədə "ABC News" telekanalı məlumat verib.

Məlumata görə, Parisdə üzərində "Obama17" yazısı və onun şəkli, eləcə də obama2017.fr saytının linki olan plakatlar görünüb.

Bu ideyanın təşəbbüskarları fransızlardan ABŞ-ın keçmiş liderinin Fransada prezident seçkilərində iştirak etməsi üçün müvafiq petisiya imzalamağı xahiş edirlər. Təşkilatçılar istəklərinin yerinə yetməsi üçün 1 milyon imza toplanmasının zəruri olduğunu bildiriblər.

Eyni zamanda, telekanal vurğulayıb ki, qanuna görə, Fransa prezidenti bu ölkənin vətəndaşı olmalıdır və Barak Obamanın belə hüququ yoxdur.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar