Obama ABŞ-da baş verən hadisə ilə əlaqədar açıqlma yaydı
14.02.2015 767 0.0 0

ABŞ prezidenti Barak Obama şimali Karolina  3 müsəlman gəncinin qətlə yetirilməsinə münasibət bildirib.

Obama hadisə ilə əlaqədar , "ABŞ-da heç kim, kim olduğu, görünüşü və ya dini inancına görə hədəf alınmamalıdır" deyə açıqlam verib.

Obama verdiyi yazılı açıqlamada, Şimali Karolinanın Şapel Hill qəsəbəsində, Dea Bərəkət, Yusor Məhəmməd Əbu Salha və Raza Məhəmmədin qəddarcasına öldürülməsiylə əlaqədar Federal İstintaq Bürosunun (FBI), bu məsələ ilə əlaqədar istintaqa başladığını bildirib.

Bundan başqa Prezident Obama , Yerli polis təşkilatının apardığı soruşdurmadan başqa FBI-in da bu mövzuda federal qanunların pozulması halının müəyyən etmək üçün addımlar atıldığı da bildirib. 

Hadisə ilə əlaqədar prezident Obama, həyat yoldaşı Mişel Obama ilə birlikdə qurbanların ailələrinə başsağlığı verərək ;"Bu gənc Amerikalıların cənazəsindəki çox böyük insan kütləsinin iştirak etməsindən aydın olur ki, hamımız tək bir Amerikan ailəsiyik. Nə zaman aramızdan biri vaxtından əvvəl bizlərdən ayrılsa, onların necə yaşadığını xatırlayacağıq və qurbanlardan birinin sözləri də bizlərin həyatına ilham olmalıdır: "Amerikada böyümək bir nemətdir." Yusor söyləyib ötən günlərdə. Haradan gəldiyinizin fərqi yoxdur. Bir çox fərqli yerdən, fərqli keçmişdən və dindən gələn bir çox fərqli insan var amma burada hamımız birik. " deyə açıqlama verib.

Əlavə olaraq bildirək ki, Türkiyə prezidenti Rəcəb Təyyub Ərdoğan  ABŞ prezidenti Obamnı  sözü gedən hadisədən dolayı tənqid edərək , açıqlama verməsini istəmişdi. O, öz twitter səhifəsində "əgər siz belə hadisələrə səssiz qalarsanız dünya da sizə səssiz qalacaq.Unutmayın dünya 5-dən böyükdür ." deyə Obama və Kerriyə səslənmişdi.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar