Nüvə silahı daşıyan bombardmançı təyyarə alışdı (VİDEO)
08.06.2015 719 0.0 0

Tu-95 markalı strateji bombardmançı və raket daşıyıcı təyyarə Rusiyanın Amur vilayətinin ərazisində yerləşən "Ukrainka" aviabazasında uçuş-enmə zolağının hüdudlarından kənara çıxıb.

Məlumata görə, bunun nəticəsində baş vermiş yanğın zamanı iki nəfər həlak olub, daha beş nəfər müxtəlif dərəcəli xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

İkin məlumata görə, təyyarə aviabaza rayonunda sıra uçuşuna hazırlaşırdı.

Tupolev Tu-95 (NATO hesabat adı Bear) soyuq müharibə dövründə SSRİ-də Tupolev zavodu tərəfindən istehsal edilmiş, uzun ömürlü və çox uğurlu strateji bombardmançı və raket daşıyıcı təyyarə. 2011-ci ildə hələ də xidmətdə olan bu təyyarənin, Rusiya Hərbi Hava Qüvvələrinin aldığı qərara əsasən 2040-cı ilə qədər sərhəd təhlükəsizliyi kimi xidmətdə qalması nəzərdə tutulub./anspress/

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar