Novruz tonqalı `Formula 1` trekinə təhlükə yaratdı
05.04.2017 860 0.0 0

Bakıda Novruz bayramı ərəfəsində Qoşa Qala qapısı ətrafında keçirilən tədbirlər "Formula 1" trekinə müəyyən təhlükə yaradıb.

Formula 1-in tikinti işləri üzrə rəhbəri Tom Butçer bildirib ki, bayram şənlikləri zamanı trekin Qoşa Qala qapısının yanından keçən hissəsində tonqal qalanmışdı:

"Burada tonqal qalanacağını nəzərə almamışdıq. Hər birimiz, o cümlədən Bakı sakinləri "Formula 1" trekini yarışa hazır vəziyyətdə saxlamalıyıq".

O, həmçinin bildirib ki, yarışla bağlı tikinti işlərinə artıq start verilib:

"Biz tikinti işlərini şəhər sakinlərinə və qonaqlara maneçilik törətmədən aparmağa çalışırıq. Artıq tribunaların quraşdırılmasına başlanılıb. "Hazırda "Abşeron" və "Xəzər" tribunaları quraşdırılır, eləcə də digər tribunaların quraşdırılması davam etdirilir"./Trend/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar