Novruz bayramında əfv gözlənilir
06.02.2017 1158 0.0 0

Bu ilin martında Prezident İlham Əliyev tərəfindən əfv fərmanının imzalanması gözlənilir.

Qazeta.info Publika.az-ın əldə etdiyi məlumata görə, qarşıdan gələn Novruz bayramı ərəfəsində dövlət başçısı tərəfindən növbəti əfv fərmanı imzalana bilər.

Məsələ ilə bağlı Milli Məclisin deputatı Məlah İbrahimqızı deyib ki, üzvü olduğu Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasına xeyli sayda müraciətlər daxil olur:

“Müraciətlərin sayı çoxdur. Təkcə mənə deyil, digər üzvlərə də müraciətlər göndərilir. Biz də onları araşdırıb təhlil edirik. Ancaq əfvin olub-olmaması və dəqiq vaxtı ilə bağlı heç bir söz deyə bilmərəm. Çünki əfv fərmanının nə zaman imzalanması yalnız cənab Prezidentin səlahiyyətində olan məsələdir”.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar