Növbəti erməni qrupu Bakıya gəlir
23.06.2015 739 0.0 0

Bu gün erməni idmançılarının daha bir qrupu Bakı 2015- Birinci Avropa Oyunlarında mübarizəyə qoşulmaq üçün Bakıya gəlir. 

Məlumata görə, Bakıya yola düşən qrup cüdoçulardan ibarətdir. Bu barədə Ermənistan Cüdo Federasiyasının vitse-prezidenti David Xitaryan yazıb. 

Ermənistan yığmasının heyətinə Ohanes Davtyan (60 kq), David Nikoqosyan (73 kq), Janna Stankeviç (52 kq) daxil edilib. Ermənistan yığmasının baş məşqçisi Tiqran Babayandır. 

Erməni cüdoçular Bakıda iyunun 25-i və 26-də mübarizəyə başlayacaqlar. /anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar