«Normand dördlüyü» liderlərinin görüşü keçiriləcək
10.09.2015 650 0.0 0

Rusiya prezidenti Vladimir Putin, Almaniya kansleri Angela Merkel, Fransa prezidenti Fransua Olland və Ukrayna prezidenti Pyotr Poroşenko arasında telefon danışığı baş tutub.
 
Qazeta.info bildirir ki , APA-nın RİA Novosti agentliyinə istinadən  məlumata verir.

 Məlumata görə, Ukrayna üzrə “normand dördlüyü”nün liderləri oktyabrın 2-də Parisdə görüşməyə qərar veriblər.
 
Tərəflər  "normand formatında”  danışıqların davam etdirilməsi barədə razılığa gəliblər. Sentyabrın 12-də Berlində xarici işlər nazirləri, oktyabrın 2-də isə Parisdə Rusiya, Almaniya, Fransa və Ukrayna liderlərinin görüşü keçiriləcək.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar