«Normand dördlüyü» liderləri danışdı
03.03.2015 669 0.0 0

“Normand dördlüyü” liderlərinin telefon danışığı baş tutub.

Məlumata görə, Rusiya prezidenti Vladimir Putin ötən gecə Fransalı həmkarı Fransua Olland, Almaniya kansleri Angela Merkel və Ukrayna prezidenti Pyotr Poroşenko ilə telefon danışığı keçirib.

Bu barədə Ukrayna dövlət başçısının saytında xəbər yer alıb. Ümumilikdə tərəflər Ukraynanın cənub-şərqində yaranmış böhranın öhdəsindən gəlmək yollarını müzakirə ediblər. 

Söhbətin gedişatında üç ölkə lideri Rusiya prezidentindən Ukraynalı pilot Nadejda Savçenkonun azad edilməsini xahiş ediblər. 

Qeyd edək ki, 1981-ci il təvəllüdlü N. Savçenko 2014-cü il iyulun əvvəlində Donbassda gedən döyüşlər zamanı separatçılar tərəfindən əsir götürülüb və Rusiyaya aparılıb. O, Donbassda həlak olan 2 Rusiya jurnalistinin ölümündə ittiham olunur. N. Savçenko həbsdə olarkən Ukrayna Ali Radasının deputatı seçilib və ölkənin AŞPA-dakı nümayəndə heyətinin üzvüdür. Bu il fevralın 10-da Moskvanın Basman rayon Məhkəməsi onun həbs müddətini mayın 13-nə qədər uzadıb./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar