Nemət Pənahlının 1993-ci ildə Türkiyə əleyhinə yazdığı yazı
16.06.2016 1058 0.0 0

Qazeta.info bildirir ki, Türkiyə Cümhuriyyətində yaşayan milliyətçi dostlarımız Teleqraf.az-a "bu nasıl inqilabçı olub?" yazaraq, Nemət Pənahlının 1993-ci ildə Türkiyə əleyhinə yazdığı yazını göndəriblər. 

Qazeta.info  Nemət Pənahlının Türkiyə Cümhuriyyəti əleyhinə yazdığı yazını təqdim edir:

Bəzi arkadaşlarımızın narahatçılığı

Hər gün Azərbaycandan Türkiyəyə yüzlərlə nəhəng maşın gedir. Sərvətlərimizi, var-dövlətimizi sənədsiz-filansız söküb aparırlar. Biz Rusiyanın qarasına deyinirik, ancaq Həzrəti Abbasın qələm qollarına and olsun ki, o bədbəxtlərin 200 ildə apara bilmədiklərini qan qardaşı dediyimiz türklər 2 ildə dağıdıb aparacaqlar. Bu, həmin türklərdir ki, küçədə acından ölsən belə, çörək satanı sənə bir parça çörək, susuzluqdan yansan belə, su köşkündə işləyəni sənə bir bardaq su verməyəcək. Onlarınkı “ver-verim”dir. Əsl müsəlman bizik, onlar yox. Biz Şərq mədəniyyətinə, Şərq adət-ənənəsinə söykənmişik, onlar Avropa. Heç 2 il deyil ki, bağımsızlığımızı elan etmişik, Ancaq yüzlərlə nəhəng müəssisələrimizi, mehmanxanalarımızı, məktəblərimizi, yaşayış binalarımızı, uşaq evlərimizi, iri quşçuluq kombinatlarımızı öz əllərinə keçiriblər. Əvəzində Pənah Hüseynovların, İsa Qəmbərlərin, Arif Hacıyevlərin adına banklarda hesablar açdırıblar. İstanbulda Bosfor sahilində onlar üçün padşah sarayları tikdiriblər ki, vəzifələrini itirəndən sonra küçədə qalmasınlar… Respublikanın başında öz dogma torpağını, qədirbilən xalqını tükənməz məhəbbətlə sevən, onun qeyrətini öz qeyrəti, onun şərəfini öz şərəfi sayan müdrik siyasətçilər, ağıllı iqtisadçılar əyləşib ölkəni namusla idarə edəcəklər. Bu şərəfli yolda Allah onlara yar olsun!

Nemet Penahlı

''Meydan'' qəzeti 30 İyun 1993. 20-ci sayı.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar