Neftlə bağlı qorxunc proqnoz
04.04.2015 781 0.0 0

Bu ilin yay aylarında dünya bazarında neftin bir barelinin qiyməti 40 dollaradək azala bilər.

Məlumata görə, bunu "Goldman Sachs" Energetika Tədqiqatlarının Avropa Mərkəzinin rəhbəri Mişel Della Vinya deyib.

O bildirib ki, qısamüddətli perspektivdə neftin qiymətinin minimum 25 dollar, maksimum isə 100 dollardan yuxarı olacağını gözləmək ağlasığmaz görünür.

Onun sözlərinə görə, OPEK-ə daxil olan və olmayan ölkələr tərəfindən bazara çıxarılan xammalın həddən artıq bolluğu "qara qızıl"ın ucuzlaşmasına gətirib çıxarıb. Bunun digər səbəblərdən biri də ABŞ-da şist neftin hasilatının artmasıdır.

Mərkəz rəhbəri vurğulayıb: "Düşünürəm ki, hər şey ABŞ-dan asılıdır və bazarın tənzimlənməsi bu ölkə ilə bağlıdır. Hasilatın azalması OPEK-ə tarazlığı bərpa etməyə kömək edəcək. OPEK-ə daxil olmayan ölkələr bu məsələni həll etməlidir. OPEK-in iyunda keçiriləcək islasında neft hasilatı ilə bağlı kvotanın azaldılmasını gözləmək lazım deyil."

Xatırladaq ki, keçən illə müqayisədə indi neftin qiyməti iki dəfədən çox azalıb. Bu ilin başlanğıcında Brent markalı neftin bir barelinin qiyməti 45 dollara yaxınlaşıb. OPEK-in 2014-cü il noyabrın 27-də neftin gündəlik hasilatının 30 milyon barel səviyyədə saxlamaq barədə qərarı qiymətlərin düşməsini gücləndirib. Eyni zamanda bu il yanvarın sonunda və fevralın başlanğıcında Brent markalı neftin qiymətində artım müşahidə olunub./anspress/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar