Neftlə bağlı proqnoz
09.03.2015 670 0.0 0

ABŞ-ın "Goldman Sachs" bankının analitikləri neftin qiyməti ilə bağlı bədbin proqnoz verib.

Məlumata görə, analitiklər hesab edir ki, dünya bazarında neftin qiyməti kəskin olaraq ucuzlaşacaq və 1 barrelə görə, 40 dollara düşəcək. Mütəxəssislər mənfi dinamikanı əsas gətirərək belə bir qənaətə gəliblər. 

"Goldman Sachs" ekspertləri qısamüddətli perspektivdə neftə qiymətlərində azalmanın qaçılmaz olduğunu hesab edirlər. WTI neftinin dəyərinin azalması "qara qızıl" ehtiyatlarının artımı fonunda baş verir.

"Hələ ki biz 2015-ci ildə tələbatın bərpasını proqnozlaşdırmağa davam edirik. Biz güman edirik ki, fəallığın ardıcıl olaraq zəifləməsi qışın sonuna təsadüf edəcək", - deyə analitiklər bildirirlər. 

Mütəxəssislərin fikrincə, OPEK-in baş katibi Abdulla əl-Bədrinin son bəyanatları neftin qiymətinin ucuzlaşmasının qarşısını alır. Baş katib bəyan edib ki, neftin qiymətinin aşağı düşməsinə baxmayaraq ABŞ-da şist neft hasilatının davam etməsi və ölkələrin neft hasilatını davam etdirməsi təhlükəli vəziyyət yaradır. O əlavə edib ki, hazır ki vəziyyət neft şirkətlərində investisiyaların azalmasına gətirib çıxaracaq. Abdulla əl-Bədri bazarda qiymət artımını dəstəklədiyini söyləyib./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar