Neftin ucuzlaşması davam edir
27.04.2017 632 0.0 0

Dünya birjalarında neftin ucuzlaşması davam edir.

 

Qazeta.info APA-ya istinadla xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,26 dollar və ya 0,52% azalaraq 49,36 dollar təşkil edib.

 

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,19 dollar və ya 0,37% azalaraq 51,63 dollar olub.

 

Ötən gün olduğu kimi, bu gün də neftin ucuzlaşmasına səbəb ABŞ-da kommersiya neft ehtiyatlarının artmasıdır. ABŞ-da ehtiyatların artması OPEC və kartelə daxil olmayan ölkələr tərəfindən neft hasilatının azaldılması ilə bağlı səylərini qeyri-effektiv edir.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar