Neftin qiyməti düşdü
02.06.2015 647 0.0 0

Neftin dünya bazarlarında qiyməti yenidən düşüb.

Məlumata görə, dünya bazarlarında ötən günlərdən etibarən başlayan neftin qiymətinin kəskin qalxması prosesi bu gün müşahidə olunmayıb. 

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0.07 dollar (0.12%) azalaraq 60.13 dollar təşkil edib. 

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin qiyməti 0.17 dollar (0.26%) ucuzlaşaraq 64.71 dollar olub.

Qeyd edək ki, OPEC növbəti 10 ildə neftin qiymətinin 100 dollardan baha olmayacağını açıqlayıb. "The Wall Street Journal" ən optimist ssenariyə görə neftin qiymətinin 2025-ci ildə 75 dollar səviyyəsində proqnozlaşdırıldığını yazıb./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar