Neftin qiyməti düşdü
22.05.2015 652 0.0 0

Neftin dünya bazarlarında qiyməti yenidən düşüb.

Məlumata görə, dünya bazarlarında ötən gündən etibarən başlayan neftin qiymətinin kəskin qalxması prosesi bu gün müşahidə olunmayıb. 

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0.08 dollar (0.13%) azalaraq 60.64 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin qiyməti 0.14 dollar (0.21%) ucuzlaşaraq 64.40 dollar olub.

Qeyd edək ki, OPEC növbəti 10 ildə neftin qiymətinin 100 dollardan baha olmayacağını açıqlayıb. "The Wall Street Journal" ən optimist ssenariyə görə neftin qiymətinin 2025-ci ildə 75 dollar səviyyəsində proqnozlaşdırıldığını yazıb./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar