Neftin qiyməti düşdü
03.04.2015 683 0.0 0

İranla "altılıq" ölkələri arasında əldə olunan razılıq fonunda neftin qiymətində dəyişiklik müşahidə olunub. 

Məlumata görə, Nyu-York və London birjasında neft fyuçerslərinin qiymətində ucuzlaşma qeydə alınıb.

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0.95 dollar azalaraq 49,14 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin qiyməti 2.15 dolar enərək 54,95 dollar olub.

Qeyd edək ki, ötən gün WTI neftinin qiyməti 1 barelə görə 49.66 dollar, Brent markalı neftin 1 barelinin qiyməti isə 56.62 dollar idi./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar