Neftin qiyməti 100 dollar olacaq
26.03.2015 815 0.0 0

Amerikalı maqnat, "BP Capital Management" kompaniyasının rəhbəri Tomas Bun Pikens neftin bahalaşacağını bildirib.

Məlumata görə, neft maqnatı 2016-cı ilin sonuna kimi "qara qızıl"ın bir barrelinin 100 dollara qədər bahalaşacağını proqnozlaşdırıb. 

Bu barədə 86 yaşlı milyarder San-Fransiskoda "Commonwealth Club of California" qeyri-kommersiya təşkilatında keçirilən görüşdə bildirib.

Daha əvvəl Pikens "Financial Times" nəşrinə müsahibəsində bildirib ki, neftin bahalaşması üçün ABŞ-ın şist sənayesi və Səudiyyə Ərəbistanı hasilatı azaltmalıdır. 

Qeyd edək ki, brent neftinin barreli yarım il ərzində 110 dollardan 60 dollara qədər ucuzlaşıb./anspress/

 

Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar